...

Azərbaycan və Kanada arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 3 Aprel 2013 16:17 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov çərşənbə günü Kanadanın Mühafizəkarlar Partiyasının nümayəndə heyəti ilə müzakirələr aparıb.
Azərbaycan və Kanada arasında siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov çərşənbə günü Kanadanın Mühafizəkarlar Partiyasının nümayəndə heyəti ilə müzakirələr aparıb.

Trend-in məlumatına görə, görüşdə Əhmədov bildirib ki, qarşılıqlı səfərlərin təşkili partiyalar arasında münasibətlərin dərinləşməsinə şərait yaradır.

O qeyd edib ki, YAP-ın Kanadanın Mühafizəkarlar Partiyası ilə münasibətləri neçə illərdir ki qurulub və inkişaf etdirilir.

Əhmədov həmçinin qeyd edib ki, Azərbaycan Kanada ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq qurmaqda maraqlıdır.

Kanada parlamentinin İcmalar Palatası spikerinin müavini Barri Devolin görüşdə qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirərək ikitərəfli əlaqələri müzakirə edir. Devolin Azərbaycanın sürətli inkişaf etdiyini də vurğulayıb.

Görüşdə Kanada parlamentinin İcmalar Palatasının üzvü Vladislav Lizon, senatorlar Yona Martin və Salma Atullahcan, həmçinin YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti