...

SAM direktoru: Suriyanın bir dövlət olaraq indiki sərhədlərdə qalması çox çətindir

Siyasət Materials 4 Aprel 2013 15:50 (UTC +04:00)
Suriyadakı proseslər çox mürəkkəbdir. Artıq onun gələcək ssenarisi barədə hər hansı cizgilər çəkmək və bu ölkənin gələcəyinə dair proqnozlar vermək mümkün deyil.
SAM direktoru: Suriyanın bir dövlət olaraq indiki sərhədlərdə qalması çox çətindir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Suriyadakı proseslər çox mürəkkəbdir. Artıq onun gələcək ssenarisi barədə hər hansı cizgilər çəkmək və bu ölkənin gələcəyinə dair proqnozlar vermək mümkün deyil. Bu barədə Trend-in suallarını cavablandıran Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bildirib.

SAM direktorunun fikrincə, Suriyada hadisələrin gedişatı elə hal alıb ki, indiki vəziyyətdə bu ölkənin mövcudluğunu sual altına alır.

"Ümumiyyətlə, Suriyanın bir dövlət olaraq indiki sərhədlərdə qalması çox çətindir, çünki ölkədə vahid müxalifət cəbhəsi yoxdur və müxtəlif qüvvələrdən ibarətdir. Digər tərəfdən isə Suriyada siyasi mübarizə yox, hərbi mübarizə var. Hərbi mübarizənin aparıldığı, hər şəhərin özünün müdafiə qüvvələrinin mövcud olduğu, legitim hakimiyyətin olmadığı bir şəraitdə Suriyada yaxın gələcəkdə hansı ssenarinin baş verəcəyini əvvəlcədən demək mümkün deyil", - Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti