...

Avropa İttifaqı MSK ilə birgə layihələr həyata keçirmək istəyir

Siyasət Materials 30 Aprel 2013 14:57 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə layihələr həyata keçirmək istəyir.
Avropa İttifaqı MSK ilə birgə layihələr həyata keçirmək istəyir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə layihələr həyata keçirmək istəyir. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aprelin 30-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia MSK sədri Məzahir Pənahovla görüşüb. Sədr rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq qurumlarla, həmçinin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Səfir qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanıb və təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə birgə layihələr həyata keçirmək istədiyini diqqətə çatdırıb.

MSK sədri beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməsindən məmnunluq ifadə edərək və bu əməkldaşlığın aşağı seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə yardım etdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti