...

Səfir: Azərbaycan və Niderland arasında sərmayə qoyuluşu və təşviqini nəzərdə tutan saziş imzalanacaq

Siyasət Materials 30 Aprel 2013 18:21 (UTC +04:00)
Bu gün Niderland Kraliçası öz taxt-tacını və ölkə rəhbərliyini oğluna təhvil verir. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlinde Kraliça Gününə həsr olunmuş mətbuat konfransında bildirib.
Səfir: Azərbaycan və Niderland arasında sərmayə qoyuluşu və təşviqini nəzərdə tutan saziş imzalanacaq

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Niderland Kraliçası öz taxt-tacını və ölkə rəhbərliyini oğluna təhvil verir. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlinde Kraliça Gününə həsr olunmuş mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, bundan sonra Kraliça Günü deyil, Kral Günü qeyd olunacaq və bu gün artıq 30 aprel deyil, 27 apreldə qeyd olunacaq.

Uyterlinde, həmçinin ikitərəfli əlaqələrə də toxunub. O bildirib ki, ötən il Niderland və Azərbaycan arasında ticarət dövriyyəsi 300 min avro təşkil edib və 2011-ci illə müqayisədə iki dəfə artıb.

Səfir vurğulayıb ki, iki ölkə arasında sıx münasibətlər mövcuddur.

"Ötən və bu il ərzində bir sıra rəsmi səfərlər həyata keçirilib. İqtisadi əlaqələri genişləndirməyə çalışacağıq. Bunun üçün bu il ərzində Niderlanddan Azərbaycana iki ticarət missiyasının səfəri gözlənilir və sərmayə qoyuluşu və təşviqini nəzərdə tutan saziş imzalanacaq. Ümumilikdə Niderland və Azərbaycan energetika, kənd təsərrüfatı, su təchizatı və idman sahələrində sıx əməkdaşlıq edə və təcrübə mübadiləsi həyata keçirə bilərlər", - səfir deyib.

O, həmçinin mədəni əlaqələrdən danışarkən qeyd edib ki, bu sahədə iki layihə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti