...

NATO Azərbaycanla əməkdaşlığı çox əhəmiyyətli hesab edir

Siyasət Materials 23 May 2013 13:35 (UTC +04:00)
Azərbaycanla əməkdaşlıq NATO üçün çox əhəmiyyətlidir və “Təhlükəsizliyə yeni çağırşlar: XXI əsrdə enerji təhlükəsizliyinin artırılması” konfransı Azərbaycanın NATO-nun əsas tərəfdaşı olduğu ənənəvi sahələrdə cəmlənib
NATO Azərbaycanla əməkdaşlığı çox əhəmiyyətli hesab edir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir V. Javoronkova/

Azərbaycanla əməkdaşlıq NATO üçün çox əhəmiyyətlidir və "Təhlükəsizliyə yeni çağırşlar: XXI əsrdə enerji təhlükəsizliyinin artırılması" konfransı Azərbaycanın NATO-nun əsas tərəfdaşı olduğu ənənəvi sahələrdə cəmlənib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında cümə axşamı Bakıda NATO-nun Baş katibinin təhlükəsizliyə yeni çağırışlar üzrə köməkçisi, səfir Qabor İklodi bildirib.

"Nümunə kimi Azərbaycanın NATO-nu dəstəklədiyi, o cümlədən 2014-cü ildən sonra da ölkənin sabitliyinə öz töhfəsini verəcək Əfqanıstandakı vəziyyəti göstərmək olar. Həmçinin, konfransın predmeti məsələlərinə də daxil olan bir sıra yeni istiqamətlərdə var".

İklodinin sözlərinə görə, ciddi problemlər mövcuddur və onların həll edilməsi üçün resursların tapılması vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti