...

TBMM sədrliyinə namizədlər bəlli oldu

Siyasət Materials 28 İyun 2013 21:57 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər bəlli oldu. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, AKP-dən millət vəkili Mehmet Əli Şahin, Haluk İpek, Mustafa Elitaş, Mahir Ünal, Ahmet Aydın və Ayşe Nur TBMM sədrliyinə imzalı vərəqələri təqdim ediblər.
TBMM sədrliyinə namizədlər bəlli oldu

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər bəlli oldu. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, AKP-dən millət vəkili Mehmet Əli Şahin, Haluk İpek, Mustafa Elitaş, Mahir Ünal, Ahmet Aydın və Ayşe Nur TBMM sədrliyinə imzalı vərəqələri təqdim ediblər.

Məlumatda deyilir ki, məclis başqanlığına CHP-dən millət vəkili Osman Taney Korutürk də namizədliyini irəli sürüb. MHP-li deputat Faruk Bal isə əvvəlcədən namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, namizədliyin irəli sürülməsi bu gün 24:00-da başa çatacaq.

Məclis sədrliyinə seçkilər isə 2013-cü ilin 2 iyul tarixində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti