...

Bakı şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi mitinqlə bağlı məlumat yayıb

Siyasət Materials 5 Oktyabr 2013 18:21 (UTC +04:00)
Bakı şəhər Baş polis idarəsi müxalifətin şənbə günü keçirdiyi mitinq barəsində məlumat yayıb.
Bakı şəhər Baş Polis İdarəsi müxalifətin keçirdiyi mitinqlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Bakı şəhər Baş Polis İdarəsi müxalifətin şənbə günü keçirdiyi mitinq barəsində məlumat yayıb.

Trend-in məlumatına görə, oktyabrın 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 16.30-dan 17.30-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı min beş yüz nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti