...

Müsavat başqanlığına iddialı: Kimsə kiməsə qarşı qarayaxma apararsa, partiya çərçivəsində cəzalandırıla bilər

Siyasət Materials 28 Fevral 2014 15:24 (UTC +04:00)
"Bütün mübarizə partiyanın nizamnaməsi və təlimatları çərçivəsində olmalıdır. Əgər kimsə kiməsə qarşı qarayaxma apararsa, böhtanlar atarsa, təbii ki, partiya çərçivəsində cəzalandırıla bilər".
Müsavat başqanlığına iddialı: Kimsə kiməsə qarşı qarayaxma apararsa, partiya çərçivəsində cəzalandırıla bilər

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

"Bütün mübarizə partiyanın nizamnaməsi və təlimatları çərçivəsində olmalıdır. Əgər kimsə kiməsə qarşı qarayaxma apararsa, böhtanlar atarsa, təbii ki, partiya çərçivəsində cəzalandırıla bilər". Bu barədə Trend-ə Müsavat Partiyası Divanının üzvü, partiya başqanlığına iddialı olan Tural Abbaslı başqanlığına namizədlərin partiya daxilində bir-birilərinə qarşı tərəfdarlarından ibarət qruplar yaratması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Partiyadaxili qrupların yaradılmasından xəbərsiz olduğunu deyən T.Abbaslı bunu normal qəbul etdiyini qeyd edib: "Təbii ki, tək partiyada deyil, həyatda da belədir ki, hansısa maraqlar dairəsində insanlar bir araya gəlib, birgə fəaliyyət göstərə bilərlər. Ola bilsin ki, Müsavat Partiyasında da kimlərsə öz hədəfləri uğrunda bir araya gəlib. Bunu normal qarşılayıram, amma hər şey partiya nizamnaməsi çərçivəsində olmalıdır. Mənim elə bir qrupum yoxdur".

T.Abbaslı Müsavat Partiyasında yeniliklərin tətbiq edilməsi məsələsinə də münasibət bildirib: "Müsavat Partiyasında xüsusi yeniliklərə, islahatlara ehtiyac görmürəm, çünki Müsavat Partiyası müxalifət düşərgəsinin ən güclü partiyalarından biri və bəlkə də birincisidir. Bu da onu göstərir ki, partiya doğru siyasi xətt yürüdüb. Amma təbii ki, fərqli insanlar fərqli vəzifələrə gələndə yanaşmalar da fərqli olacaq, yəni şəxsi yanaşma, şəxsi dünya görüşü, fərqli münasibətlər olacaq. Yeniliklər bu aspektdə ola bilər".

Qeyd edək ki, mayın 24-də Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultay zamanı partiya başqanlığına seçkilərin keçirilməsi nəzərdə tutulur. Hazırkı başqan İsa Qəmbər yenidən başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Mətbuatda isə bəzi namizədlərin partiyadaxili qrup yaradaraq öz rəqiblərinə qarşı kampaniya aparmaları barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti