...

Heydər Əliyev adına Ali Hərbi Məktəbdə xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışı ilə bağlı mərasim keçirilib (FOTO)

Siyasət Materials 24 İyun 2014 10:31 (UTC +04:00)
Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışı ilə bağlı mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı təhsil müəssisələrinin 2014-cü il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend xəbər verir ki, mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstəsi qoyub. Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini təbrik edib.

Sonra Zakir Həsənov xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib.

Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin döyüş bayrağının təhvili və qəbulu olub.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonra kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın qarşısında keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti