...

Milli Məclis bir sıra bəyannamə və sazişləri təsdiqləyib

Siyasət Materials 30 Sentyabr 2014 17:18 (UTC +04:00)
Milli Məclisin payız sessiyasının ilk plenar iclasında bir sıra bəyannamə və sazişlər təsdiq olunub.
Milli Məclis bir sıra bəyannamə və sazişləri təsdiqləyib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında bir sıra bəyannamə və sazişlər təsdiq olunub.

Trend xəbər verir ki, deputatlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının bəyannaməsi, Azərbaycan və Fransa prezidentlərinin birgə bəyannaməsi, habelə Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni təsdiq ediblər.

Parlamentin təsdiqlədiyi sənədlər arasında Azərbaycan və İtaliya hökumətləri arasında dəniz nəqliyyatı haqqında saziş, Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı hökumətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya və onun protokolu, Azərbaycan və Mərakeş hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş, Azərbaycan və Uruqvay Şərq Respublikası hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş, Azərbaycan və Vyetnam hökumətləri arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti