...

Əhməd Davudoğlu: Türkiyə ölkə iqtisadiyyatına yatırılan sərmayələri yüksək qiymətləndirir

Siyasət Materials 13 Oktyabr 2014 15:02 (UTC +04:00)
Türkiyə ölkə iqtisadiyyatına yatırılan sərmayələri yüksək qiymətləndirir. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.
Əhməd Davudoğlu: Türkiyə ölkə iqtisadiyyatına yatırılan sərmayələri yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Rufiz Hazfizoğlu/

Türkiyə ölkə iqtisadiyyatına yatırılan sərmayələri yüksək qiymətləndirir. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib. Trend xəbər verib ki, məlumatı "TRT Haber" telekanalı yayıb.

Baş nazir deyib ki, Türkiyə üçün ən mühüm layihələrdən biri Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol layihəsidir.

Onun sözlərinə görə, Türkiyə də ərazisinin Cənubi Qafqazı Avropa ölkələri ilə birləşdirəcək enerji dəhlizi olmasına köklənib.

Ə.Davudoğlu qeyd edib ki, Türkiyənin bir sıra vilayətlərində baş vermiş etiraz aksiyaları ölkə iqtisadiyyatının çökdürülməsinə yönəlib.

Türkiyənin 6 vilayətində baş vermiş etirazlar nəticəsində 33 nəfər həlak olub. Aksiyalarda əsas etibarilə ölkənin kürd əhalisi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti