...

Natiq Rəsulzadəyə və Cavan Zeynallıya Prezidentin fərdi təqaüdü verildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 21 Dekabr 2015 19:00 (UTC +04:00)
Prezident İlham Əliyev Natiq Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Natiq Rəsulzadəyə və Cavan Zeynallıya Prezidentin fərdi təqaüdü verildi (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Prezident İlham Əliyev Natiq Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Natiq Rəsul oğlu Rəsulzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti