...

Deputat: Xocalı faciəsini törədənlər beynəlxalq tribunala verilə bilər

Siyasət Materials 28 Noyabr 2016 12:51 (UTC +04:00)
Xocalı faciəsi ilə bağlı hazırlanacaq qanun layihəsində beynəlxalq cinayətlər törədənlərin ekstradiyası məsələsi təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq.
Deputat: Xocalı faciəsini törədənlər beynəlxalq tribunala verilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Xocalı faciəsi ilə bağlı hazırlanacaq qanun layihəsində beynəlxalq cinayətlər törədənlərin ekstradisiyası məsələsi təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının İnzibatı və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

Azərbaycanın qanunvericlik sistemində belə bir qanunun mövcud olmadığını deyən N.Səfərovun sözlərinə görə, qanun layihəsində həm də beynəlxalq cinayətlər törədənlərin ekstradisiyası məsələsi təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq: "Bu qeyd edilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansısa cinayət təqiblərini həyata keçirməsi mümkün ola bilər".

Qanun layihəsinin hazırlanması üçün beynəlxalq təcrübəni də öyrəndiklərini deyən N.Səfərov qeyd edib ki, layihənin hazırlanması üçün inkişaf etmiş dövlətlərdə mövcud olan qanunları, beynəlxalq cinayət tribunalları və məhkəmə presedentləri öyrənilib.

Şöbə müdiri “beynəlxalq cinayət” anlayışına da aydınlıq gətirib. Onun sözlərinə görə, “beynəlxalq cinayət” deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti