...

Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi bu ay keçiriləcək

Siyasət Materials 4 Aprel 2017 15:26 (UTC +04:00)
Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin axırı Bakıda keçiriləcək.
Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi bu ay keçiriləcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi aprelin axırı Bakıda keçiriləcək.

Bunu Trend-ə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin mətbuat katibi Maya Kosyançiç deyib.

Onun sözlərinə görə, yeni saziş tərəflər arasında qarşılıqlı səmərəli əməkdaşlıq və siyasi dialoq üçün yenilənmiş baza təqdim edəcək.

Qeyd edək ki, yeni sazişlə bağlı danışıqların ilk mərhələsi fevralın 7-i Brüsseldə baş tutmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti