Bakı. Trend:
Türkiyədə hərbi avtomobil aşıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində qeydə alınıb.
Məlumata görə, hərbi maşının idarəetmədən çıxaraq aşması nəticəsində 1 əsgər şəhid olub, 3-ü isə yaralanıb.
Yaralı əsgərlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.