...

Azərbaycan uşaq hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir (YENİLƏNİB)

Siyasət Materials 31 May 2017 10:19 (UTC +04:00)
Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir.
Azərbaycan uşaq hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq edir (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir.

Trend-in məlumatına görə, bunu parlamentin vitse-spikeri Bahar Muradova Milli Məclisdə (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin Uşaqlar üzrə alt komitəsinin iclasında deyib.

O bildirib ki, AŞPA mötəbər qurum kimi uşaqların hüquqlarının qorunmasını diqqətdə saxlayır:

"Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir".

Sonra iclasda AŞPA-nın alt komitəsinin sədri Baronessa Dorin Massey çıxış edib. O, internetin uşaqlara mənfi təsirindən danışaraq qeyd edib ki, valideynlər anlamalıdır ki, internet uşaqlara mənfi təsir edə, onların istismarına gətirib çıxara bilər. B.Massey əlavə edib ki, AŞPA uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verir.

Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsinə böyük önəm verilir. S.Fətəliyeva vurğulayıb ki, bu istiqamətdə müzakirələrin və fikir mübadiləsinin aparılması, əldə olunmuş təcrübənin bölünməsi vacib əhəmiyyət kəsb edir.

Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil etdiyini bildirib. A.Naxçıvanlı vurğulayıb ki, Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır. Deputat əlavə edib ki, Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub.

A.Naxçıvanlı Ermənistanın Azərbaycana qarşı təcavüzünün uşaq hüquqlarının pozulmasına yol açdığı haqqında da danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün düşən insanların 300 mindən çoxu uşaqlardır: “Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.

Qeyd edək ki, alt komitənin iclası gün ərzində davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti