...

Koreya Bakı, Sumqayıt və Qəbələdə bir sıra tədbirlər keçirəcək

Siyasət Materials 11 Sentyabr 2017 11:35 (UTC +04:00)
"Bu tədbirlərə koreyalı incəsənət ustalarının çıxışı, sərgilərin təşkili, dəb nümayişi, idman yarışlarının keçirilməsi daxildir".
Koreya Bakı, Sumqayıt və  Qəbələdə bir sıra tədbirlər keçirəcək

Bakı. Səba Ağayeva - Trend:

Koreya Respublikası Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 25 illiyini geniş şəkildə qeyd edəcək.

Trend-in məlumatına görə, bunu Koreyanın Azərbaycandakı səfiri Kvon Donq-sok deyib.

Diplomat qeyd edib ki, bu məqsədlə bir sıra tədbirlər keçiriləcək: "Bu tədbirlərə koreyalı incəsənət ustalarının çıxışı, sərgilərin təşkili, dəb nümayişi, idman yarışları daxildir".

Səfir bildirib ki, həm Bakıda, həm də Sumqayıt və Gəbələdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti