...

İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi keçirilib

Siyasət Materials 17 Yanvar 2018 16:52 (UTC +04:00)
İstanbulda Mərmərə Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı fotosərgi keçirilib.
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi keçirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda Mərmərə Universitetində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı fotosərgi keçirilib.

Trend-in məlumatına görə, sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan hadisələri əks etdirən fotolar nümayiş olunub.

Tədbir iştirakçılarına 20 Yanvar faciə haqqında geniş məlumat verilib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti