...

Deputat: Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək

Siyasət Materials 5 İyul 2018 11:14 (UTC +04:00)
Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək
Deputat: Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək

Bakı. Rufiz Hafizoğlu – Trend:

Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu türkiyəli millət vəkili, əslən azərbaycanlı olan Şamil Ayrım deyib.

O bildirib ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün əlindən gələni edəcək:

“Həmişə olduğu kimi bundan sonra da Türkiyə bütün istiqamətlərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək”.

Ş.Ayrım əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman onun diqqət mərkəzində olacaq:

“Hamıya məlumdur ki, Ermənistan işğalçıdır və işğal edilmiş Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir”.

Xəbər lenti

Xəbər lenti