...

Türkiyə XİN: Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı zamanında tədbirlər gördü

Siyasət Materials 24 İyul 2018 18:43 (UTC +04:00)
Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı vaxtında tədbirlər gördü.
Türkiyə XİN: Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı zamanında tədbirlər gördü

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı vaxtında tədbirlər gördü.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir bildirib ki, FETÖ terror təşkilatı maliyyələşdirdiyi məktəblər vasitəsilə ölkələrə sızmağa çalışır:

"Bəzi ölkələr bu məsələdə gecikib və FETÖ həmin ölkələrə nüfuz edib. Lakin Azərbaycan zamanında tədbirlər gördü. Biz bundan sonra da FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik".

O qeyd edib ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyənin yanında olan birinci ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti