...

Məzahir Pənahov: Azərbaycanda hansısa xoşagəlməz hal baş verəndə buna təsadüf kimi baxanlar az olur

Siyasət Materials 22 Yanvar 2020 12:33 (UTC +04:00)
Hansısa xoşagəlməz hal hər hansı bir Avropa ölkəsində baş verəndə bunu təsadüf kimi qəbul edirlər, problemi həll edib aradan qaldırırlar.
Məzahir Pənahov: Azərbaycanda hansısa xoşagəlməz hal baş verəndə buna təsadüf kimi baxanlar az olur

Bakı. Elçin Mehdiyev – Trend:

Hansısa xoşagəlməz hal hər hansı bir Avropa ölkəsində baş verəndə bunu təsadüf kimi qəbul edirlər və problemi həll edərək aradan qaldırırlar. Amma xoşagəlməz bir hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahr Pənahov deyib.

O bildirib ki, milyonlarla insanın iştirak etdiyi istənilən tədbirdə xoşagəlməz hallar baş verir: “Dünyanın harasında olmasından asılı olmayaraq, bu, belədir. Milyonlarla insanın iştirak etdiyi tədbir ideal keçə bilməz. Xoşagəlməz hallar baş verdikdə Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal tədbirlər görülür və bu hal aradan qaldırılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti