Bakı. Trend:
İndoneziyanın Sumatra adasında dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində itki sayı 600 nəfəri ötüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl təbii fəlakət qurbanlarının 500-dən çox olduğu bildirilirdi.
16:42
xxx
İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsində həlak olan insanların sayı 500-i ötüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bundan əvvəl itki sayı 417 nəfər olub.
İndoneziyanın axtarış-xilasetmə agentliyinin məlumatına görə, təbii fəlakət bölgədə ötən həftənin sonlarından etibarən davam edən leysan yağışlar nəticəsində baş verib.
İzafi suların yaratdığı sel yaşayış binalarını, yolları və infrastrukturu dağıdaraq, xilasedicilərin yaşayış məntəqələrinə çıxışını çətinləşdirib.
