Bakı. Trend:
Cari ilin yanvar–oktyabr aylarında Azərbaycandan Tunisə 167,9 milyon ABŞ dolları dəyərində 310,3 min ton bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 110,6 milyon ABŞ dolları və ya 39,7% azalıb, həcm baxımından isə 133,6 min ton və ya 30,1% aşağı düşüb.
Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Tunisə 278,5 milyon ABŞ dolları dəyərində 443,9 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycan ümumilikdə 10,9 milyard ABŞ dolları dəyərində 20,8 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər baxımından 1,9 milyard dollar (15%) azalıb, lakin həcm baxımından 182,6 min ton (0,9%) artıb.
