Bakı. Trend:
SOCAR-ın Baş ofisində “Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili” mövzusunda tədbir keçirilib.
İlk öncə QHT nümayəndələri “Heydər Əliyev və neft strategiyası” və “Azərbaycan nefti” sərgiləri ilə tanış olublar.
SOCAR-ın Sosial məsuliyyət Departamentinin Tərəfdaşlarla iş şöbəsinin rəisi Teymur Süleymanzadə 2025-ci il ərzində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi üçün SOCAR tərəfindən görülən işlər barədə ətraflı məlumat verib.
SOCAR-ın İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəis müavini Mahal Mehdiyev qurumda işə qəbul prosesində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə, həmçinin SOCAR-ın Uyğunluq Departamentinin Biznes etikası və antikorrupsiya şöbəsinin böyük hüquq məsləhətçisi Lalə Babayeva SOCAR-da daxili nəzarət mexanizmləri, o cümlədən pozuntular haqqında məlumatlandırma kanalları və işçilərin bu sahədə maarifləndirilməsi üçün keçirilən təlimlərlə bağlı təqdimatla çıxış edib.
Daha sonra QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə fotosu çəkdirilib.