Bakı. Trend:
Məktəblərdə 600 000 şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, milli ideya, əzmlə çalışmaq və təslim olmamaq şərtilə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür:
"Bu strategiya 2022-ci ildə təsdiq ediləndə məktəblərdə internetlə, kompüterlə təminat bizim istədiyimiz səviyyədə deyil. Artıq məktəblilər kompüter və internetlə təminat böyük faizlə həll edilib. Respublika üzrə 175 mərkəzdə Hakatona əlçatımlılıq təmin edilib. Artıq Hakaton beşinci ildə 350 000 şagirdi əhatə edib. Məktəblərdə 600 000 şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir. 300 000-dən çox şagird STEAM-a cəlb olunub."
