Bakı.Trend:
Artıq 5 ilə yaxındır ki, anadan uşağa yoluxmanın profilaktikasına cəlb olunan hamilə qadınlardan heç biri xəstə uşaq dünyaya gətirməyib.
Trend xəbər verir ki, bu fikirləri bu gün QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, İİV-yə yoluxan şəxslərin aşkarlanması ilə yanaşı, onların müalicəyə cəlb olunmasında bəzən çətinliklər yaranır.
“Xüsusən inyeksiyon narkotik istifadəçiləri bu risk qrupunda müalicəyə cəlb etmək çətin olur. Ölkəmizdə ilk dəfə antiretroviral müalicə 2006-cı ildə tətbiq olunub və həmin dövrdə proses Qlobal Fondun dəstəyi ilə həyata keçirilib. 2015-ci ildən etibarən isə dövlətimiz QİÇS-lə bağlı müalicə prosesini öz üzərinə götürüb”, - deyə mərkəz rəhbəri əlavə edib.
