...

BDYPİ-dən avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı ÇAĞIRIŞ

Gündəm Materials 1 Dekabr 2025 12:12 (UTC +04:00)
BDYPİ-dən avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı ÇAĞIRIŞ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.

Trend xəbər verir ki, bu barədə BDYPİ-nin avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırışında deyilir.

"Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır", - qurumdan vurğulanıb.

"Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən etibarlı zəmanətidir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti