...

Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)

Siyasət Materials 9 May 2020 12:17 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti