Bakı. Samir Əli - Trend:
Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Ramiz Tahirov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub.