...

Ermənistanın Ağdərədə yerləşən qərargahına zərbə endirilib: Düşmən xeyli itki verib

Siyasət Materials 30 Sentyabr 2020 15:30 (UTC +04:00)
Ermənistanın Ağdərədə yerləşən qərargahına zərbə endirilib: Düşmən xeyli itki verib

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti