...

Prezident İlham Əliyev: Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir

Siyasət Materials 5 Noyabr 2020 14:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir

Bakı. Trend:

Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı jurnalistin "Siz indi regionun muxtariyyətini qəbul etməyə hazırsınız?" sualına cavabında deyib.

Dövlət başçısı bildirib:

"Bu, əsas prinsiplər üzərində gələcək danışıqların bir hissəsi olmalıdır. Çünki əsas prinsiplərin birinci hissəsində işğal olunmuş ərazilərdən - 5 üstəgəl 2 rayondan vaxt cədvəlinə müvafiq olaraq qoşunların çıxarılması tələb olunurdu. Sonra təhlükəsizlik, sülhməramlı əməliyyatlar, Dağlıq Qarabağın statusu kimi əsas prinsiplərin başqa elementləri də var idi. Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bunu etməklə onlar, əslində, bizim bunu heç vaxt etməyəcəyimizi bilərək münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. Bu məsələ ilə bağlı indi heç nə deyə bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti