...

Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Siyasət Materials 26 May 2021 12:37 (UTC +04:00)
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

Bakı. Trend:

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti