...

Makron bildirib ki, Zelenski ondan Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib

Siyasət Materials 25 Fevral 2022 07:08 (UTC +04:00)
Makron bildirib ki, Zelenski ondan Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Trend TASS-a istinadən xəbər verir ki, ukraynalı həmkarı ondan Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib.

"Prezident Zelenskinin xahişi ilə mən prezident Putinlə tez, birbaşa, açıq söhbət etdim, ilk növbədə ondan döyüşləri mümkün qədər tez dayandırmağı və xüsusən də ondan prezident Zelenski ilə danışmasını xahiş etdim", - E. Makron bildirib.

Fransa prezidentinin sözlərinə görə, o bu ismarıcı Ukrayna prezidenti adından çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti