...

Müharibə zamanı ermənilərin törətdiyi vandallıq, hərbi cinayət idi - TƏHLİL

Siyasət Materials 18 Mart 2022 19:01 (UTC +04:00)
Müharibə zamanı ermənilərin törətdiyi vandallıq, hərbi cinayət idi - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsini digər müharibələrdən fərqləndirən xüsusiyyətlərdən biri də mülki əhali arasında itkilərin çox olmaması oldu. Azərbaycanın ləyaqətli davranışı sayəsində 44 günlük müharibənin hərb tarixinə ən az mülki insan itkisi olan müharibə kimi düşdü.

Milli Məclisin deputatı Cavid Osmanov Trend-in sualına cavabında bildirib ki, 44 günlük Vətən müharibəsi ordumuzun qəhrəmanlığına və şücaətinə görə, o cümlədən də ləyaqətli müharibə aparmasına görə dünya tarixində bir nümunədir.

“Dünyada müharibələr olub və bu gün də var, təəssüf ki, olacaq da. Ancaq ləyaqətli müharibə aparmaq hər an baş vermir. Azərbaycan bu sahədə də, yəni mülki insanları, əhalini hədəfə almadan, yalnız Ermənistanın hərbi birləşmələrini hədəfə alaraq öz nümunəsini göstərdi. Azərbaycandan fərqli olaraq isə Ermənistan mülki əhalini hədəfə alırdı. Onlar döyüş bölgəsindən 100 kilometrlərlə aralıda yerləşən şəhərlərimizə qadağan olunmuş raketlər atırdılar və nəticədə mülki əhali arasında xeyli sayda həlak olanlar oldu. Bu, ermənilərin törətdiyi vandallıq, hərbi cinayət idi. Azərbaycan isə nümunəvi bir müharibə apardı”, - deyə deputat bildirib.

“2020-ci ildə 44 günlük mühairbə zamanı dünya bir daha Azərbaycan oğullarının nəyə qadir olduğunu gördü. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq gösətərərək torpaqlarımızı düşmən işğalından azad etdi. Bu müharibə bir çox məqamları ilə yadda qaldı”.

Bunu isə Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu həmin 44 gündə həm də müharibəni ləyaqətlə aparmaqla diqqət mərkəzində oldu: “Cənab Prezident İlham Əliyevin Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etdərkən bəyan etdiyi kimi, biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq. Bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb”.

Deputat bildirib ki, lakin Ermənistan tərəfi bundan əvvə olduğu kimi, bu dəfə də öz “ənənəsinə” sadiq qaldı: “Döyüş meydanında ordumuz qarşısında tab gətirməyən düşmən bunun əvəzində vicdansızcasına mülki əhalini hədəf götürürdü: “Həmin vaxt cəhbə xəttində yerləşməyən şəhər və rayonların raket atəşinə məruz qalması düşmənin iç üzünü bir daha nümayiş etdirdi. Bundan başqa, bildiyimiz kimi, düşmən tərəf silahları əhali yaşayan yerlərdə quraşdıraraq atəş açır, öz mülki insanlarından qalxan kimi istifadə edirdi. Bütün bunlar bizim necə mənfur bir düşmənlə savaşdığımızdan xəbər veirdi. Ancaq bütün bunlara baxmayaraq, düşmən məğlub oldu və 44 günlük müharibə dünya hərb tarixinə Azərbaycanın misilsiz qələbəsi kimi düşdü”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti