Bakı. Trend:
Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müşahidəçi qismində daxil olmasını dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
"Azərbaycan beynəlxalq arenada böyük nüfuza malikdir, bu nüfuz artmaqdadır və ŞƏT-ə qoşulma bu tendesiyaya uyğun olardı", - M.Boçarnikov deyib.
Səfir qeyd edib ki, Azərbaycan və Rusiyanın ŞƏT-də birgə iştirakı ölkələr arasında ticari-iqtisadi və mədəni sahələrdə əməkdaşlığı gücləndirməyə imkan verəcək.
(Tərcümə: Orxan Nəbiyev)