...

Britaniyanın baş naziri 21-22 aprel tarixlərində Hindistana səfər edəcək

Siyasət Materials 17 Aprel 2022 04:46 (UTC +04:00)
Britaniyanın baş naziri 21-22 aprel tarixlərində Hindistana səfər edəcək

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, B.Consonun Britaniya hökumətinin başçısı kimi Hindistana ilk səfəri “qlobal iqtisadi çağırışlar və avtoritar dövlətlərdən gələn təhdidlər” şəraitində “sülh və tərəqqi naminə uzunmüddətli tərəfdaşlığı dərinləşdirmək” məqsədi daşıyır.

Aprelin 21-də Böyük Britaniyanın иaş naziri ölkənin Əhmədabad (Qucarat ştatı) şəhərinə səfər edəcək, burada o yerli işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Hindistan əsilli britaniyalıların təxminən yarısının bu bölgədən gəldiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti