...

Ukraynanın Baş naziri Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Siyasət Materials 2 İyun 2022 10:46 (UTC +04:00)
Ukraynanın Baş naziri Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Bakı. Trend:

Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, məktubda qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata keçirilməsinə hazırdır.

Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın ayrılması yüksək qiymətləndirilir.

Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti