...

Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında indiki Ermənistanda azərbaycanlılara aid abidələrin dağıdılması barədə söz açılmır - Elçin Mirzəbəyli

Siyasət Materials 4 İyun 2022 17:35 (UTC +04:00)
Təəssüf ki, ABŞ Dövlət Departamentinin hesabatında indiki Ermənistanda azərbaycanlılara aid abidələrin dağıdılması barədə söz açılmır - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zaman kəsiyində xalqımıza məxsus abidələrin, ziyarətgahların, məzarlıqların dağıdılması ilə bağlı bir sıra məqamların yer alması, ermənilərin həyata keçirdikləri misli görünməniş vandalizm aktlarına diqqət çəkilməsi təqdirəlayiqdir. Amma hesabatda yer alan faktlar işğal dövründə məhv edilən, dağıdılan, təhqirə məruz abidələrin cüzi bir hissəsini əhatə edir və erməni vandalizminin özünü Azərbaycan ərazilərində büruzə verən anoloji nümunələri ilə bəşər tarixində rastlaşmaq mümkün deyil. Hətta dəfələrlə dağıdılmış Karfagen şəhərinin qalıqlarını belə Azərbayanın işğaldan azad edilmiş ərazilərindəki dağıntılarla müqayisədə etmək mümkün deyil. Çünki ermənilər müqayisə etmək üçün heç nə saxlamayıblar. Bu torpaqlardan azərbaycanlıların izini silmək üçün misli görünməmiş vandalizm aktlarına əl atıblar.

Bunu Trend-ə siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, müasir dövrdə vandalizmdən söz açanda Talibanın 2001-ci ildə Buddanın nəhəng heykəlini uçurması və ya İŞİD terror qruplaşmasının Nimrud Hatra şəhərindəki arxeoloji abidələrini, həmçinin Mosuldakı şumer, assuriya və vavilion mədəniyyətinə məxsus mədəniyyət nümunələrini darmadağın etməsi yada düşür. Halbuki, vandallar yalnız mədəniyyət abidələrini, alman faşistləri park-kompleksləri, Taliban və İŞİD isə dünyəvi dinlərə qədərki mədəniyyət nümunələrini dağıdıblar, yaşayış evlərini, infrastrukturu, kilsələri, ziyarətgahları, məscidləri, sosial obyektləri yox.

"Məhz bu baxımdan, erməni vandallığı vandalizmin bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir. Çünki o qarşısına keçən hər şeyi məhv edir.

Digər tərəfdən, ermənilər təkcə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində deyil, həm də indiki Ermənistan ərazisində də azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələri məhv edərək, bu torpaqlardan Azərbaycan xalqının izlərini silməyə çalışıblar. Təəssüf ki, ABŞ Dövlət Departamentinin sözügedən hesabatında indiki Ermənistan ərazisində azərbaycanlıların tarixi, mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılması, ermənilərin nəinki məscidləri, hətta ermənilərə, Qriqoryan kilsəsinə aidiyyatı olmayan xristian abidələrini belə dağıntılara məruz qoyduqları barədə söz açılmır. Məhz bu cəzasızlıq vandalizmi erməniliyin başqa xalqlara və mədəniyyətlərə qarşı dağıdıcı silahına çevirib və son iki ildə Ermənistanda qeydə alınan 30-a yaxın vandalizm aktı da sübuta yetirir ki, vandalizm erməni təfəkkürünün, dünyagörüşünün ayrılmaz bir parçasıdır.

Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdiyi və bütün sivil bəşəriyyəti, vicdanı olan insanları sarsıdan, hətta ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında yer alan vandalizm nümunələri UNESCO-nun diqqətini cəlb etmir. Azərbaycan tərəfinin hələ müharibədən öncə sözügedən təşkilara müraciətləri bu günədək diqqətdən kənarda qalıb. Bəşəriyyətə məxsus irsin qorunmasına görə məsuliyyət daşıyan bir təşkilatın onillər ərazində erməni vandalizminə göz yumması, ayrı-ayrı xalqlara, dini konfessiyalara aid olan irsin məhv edilməsi ilə bağlı yeni-yeni presidentlərin ortaya çıxmasına zəmin yaradır", - E.Mirzəbəyli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti