...

Düşmənimiz heç bir zaman öz çirkin əməllərindən əl çəkmir - Azər Qarayev (FOTO/VİDEO)

Siyasət Materials 14 İyun 2022 16:25 (UTC +04:00)
Düşmənimiz heç bir zaman öz çirkin əməllərindən əl çəkmir - Azər Qarayev (FOTO/VİDEO)

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən bu əməliyyata çox böyük qiymət verirəm. Çünki azyaşlı insanın izinə düşüb bu materialları əldə etmək çox incə zərgərlik işi kimidir.

Bu sözləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində xüsusi xidmət orqanlarının veteranı, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Azər Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, bu əməliyyatı bizim təhlükəsizlik orqanlarının peşəkar əməkdaşları həyata keçirib.

"Ermənistan xüsusi xidmət orqanları hər zaman Azərbaycana qarşı yönəldilən pozuculuq fəaliyyəti aparıb. Hər kəs xatırlayır ki, respublikanın ilk müstəqillik dövrlərində metroda, nəqliyyat vəsitlərində terror aktları təşkil edilmişdi. Bizim düşmənimiz heç bir zaman öz çirkin əməllərindən əl çəkmir, gülünc də olsa, azyaşlı uşağı bizə qarşı istifadə etmək istəyib. Bu azyaşlı uşaq "İnstagram" sosial şəbəkəsində demək olar öz yaşında bir qadınla tanış olur. Sonradan məlum olur ki, həmin qadın "Aytarak" qrupunun üzvüdür. Bu qrup Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Onların məqsədi Azərbaycanda mənbə əldə edib onları ölkəmizə qarşı istifadə etməkdir", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti