...

Prezident İlham Əliyevin Laçın, Zabux və Susa qayıdış xəbəri hamımızı sevincə qərq etdi - Politoloq

Siyasət Materials 26 Avqust 2022 16:00 (UTC +04:00)
Prezident İlham Əliyevin Laçın, Zabux və Susa qayıdış xəbəri hamımızı sevincə qərq etdi - Politoloq

Bakı. Trend:

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəsmi "Twitter" hesabında etdiyi paylaşım bütün azərbaycanlıların sevincinə səbəb oldu.

Bunu Trend-ə politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun Laçın şəhəri, Zabux və Sus kəndlərini nəzarətə götürməsi 44 günlük müharibədə qazandığımız qələbənin davamıdır.

"Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətimizə keçməsi bizə əlavə üstünlüklər verir. Bir güllə atılmadan Laçını işğaldan azad elədik. Bu da cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində mümkün oldu. Ermənilər bu ərazilərdən köçərkən belə öz mənfur xislətlərini gizlətmədilər. Evlərə və meşələrə od vurdular, mədəniyyət abidələrini dağıtdılar. Ermənilərin evləri yandırmasının səbəbi odur ki, onlar bilirlər ki, bir daha heç vaxt bu torpaqlara qayıtmayacaqlar. Onlara məlum idi ki, Azərbaycan torpaqlarında müvəqqəti yaşayırlar. Laçın öz sahiblərinə qayıtdı. Biz oranı yenidən qurub-yaradacağıq", - deyə politoloq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti