...

ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Azərbaycana gələcək

Siyasət Materials 7 Sentyabr 2022 11:32 (UTC +04:00)
ABŞ dövlət katibinin Qafqaz üzrə baş müşaviri Azərbaycana gələcək
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Riker Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.

"Bu, onun regiona ilk səfəridir. O, Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, bu gün yola düşür və hər üç ölkədə rəsmi şəxslərlə görüşəcək və regionda başlıca məsələlərin, eləcə də tərəfdaşlara yardım göstərilməsi, gələcək əməkdaşlıq üçün birbaşa və konstruktiv qarşılıqlı fəaliyyət yollarının müzakirəsində iştirak edəcək", - deyə V.Patel bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti