...

Macarıstan Qarabağda yenidənqurma işlərində iştirak etmək niyyətindədir - səfir

Siyasət Materials 12 Oktyabr 2022 22:37 (UTC +04:00)
Macarıstan Qarabağda yenidənqurma işlərində iştirak etmək niyyətindədir - səfir

Bakı. Trend:

Macarıstan Qarabağda yenidənqurma işlərində iştirak etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu çərşənbə günü Macarıstanın səfiri Tamaş Yozef Torman Macarıstanın Milli Günü və bu ölkənin Azərbaycanla diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Macarıstan şirkətləri infrastrukturun bərpasında, eləcə də ərazilərin minalardan təmizlənməsində iştirak edə bilər. Macarıstan kənd təsərrüfatı sahəsində də öz təcrübəsi ilə paylaşa bilər.

"Macarıstan müstəqilliyini 66 il əvvəl əldə edib. Azadlıq, müstəqillik və suverenlik bizim ən çox dəyər verdiyimiz, xarici dövlətlərlə siyasətimizi qurduğumuz əsas məqamlardır. Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunub və qeyd etmək istəyirəm ki, Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir", - deyə səfir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti