...

Rusiya Azərbaycana yeni səfir təyin edib

Siyasət Materials 14 İyun 2023 12:43 (UTC +04:00)
Rusiya Azərbaycana yeni səfir təyin edib

Bakı. Trend:

Rusiya Azərbaycana yeni səfir təyin edib.

Trend çərşənbə günü xəbər verir ki, müvafiq sərəncamlar rəsmi hüquqi məlumat portalında dərc olunub.

Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Mixail Yevdokimov Rusiyanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, hazırkı səfir Mixail Boçarnikovun Azərbaycanda diplomatik missiyası başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti