...

Demokratiya, insan haqlarının “müdafiəçisi” kimi pərdələnmiş Fransa bu ali dəyərləri əslində zədələyir - Sevil Mikayılova

Siyasət Materials 6 İyul 2023 15:38 (UTC +04:00)
Demokratiya, insan haqlarının “müdafiəçisi” kimi pərdələnmiş Fransa bu ali dəyərləri əslində zədələyir - Sevil Mikayılova

Bakı. Trend:

Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü bu gün dünyada davam edən ədalətsizlik və beynəlxalq hüququn ayaqlar altına atılmasına cavab tədbiri kimi çox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, əsrlərdir Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika, Sakit okean və dəniz aşırı ölkələri tapdalamış haqlarının müdafiəsi üçün məhz Qoşulmama Hərəkatı vasitəsilə güclü beynəlxalq tribuna qazanıblar.

"Bugünki tədbirdə müstəmləkə siyasətindən hazırda da əziyyət çəkən və tarixi ədalətsizliklə mübarizə aparan Yeni Kaledoniya, Martinik və digər ərazilərdən olan nümayəndələr azad şəkildə problemlərini dilə gətirdilər. Onların ucadan səslənməsinə böyük ehtiyacları var.

Müstəmləkə siyasətinin geridə qaldığı söylənilsə də, bu gün təssüf ki, Fransa müstəmləkəçilik siysatəni yeni üsüllarla davam etdirməkdədir.

On illiklərdir ki, Fransa müstəmləkiçilik buxovlarından tam azad olmaq üçün mübarizə aparan xalqların nə zaman layiq olduqları hüquq və azadlıqları bərqərar olacaq? Köləliyin kökünün kəsilməsi üçün bundan sonra neçə on illər gözləməlidirlər?", - deyə deputat əlavə edib.

S.Mikayılova əlavə edib ki, Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Haqlı olaraq Fransanı öz müstəmləkə keçmişinə, qanlı cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırdı.

"Fransa tarix qarşısındakı cinayətlərini etiraf etməlidir. Fransa hələ də insanlarla quldarlıq dövründə olduğu kimi rəftar edir. Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ərazilərin vətəndaşlarının səsləndirdiyi fikir, etiraz bəyanatları da bunu bir daha təsdiqləyir. Makron isə bunu nə görür nə eşidir, əvəzinə Azərbaycan-Ermənistan normallaşma prosesini pozmaq üçün bütün səylərini əsirgəmir, Cənubi Qafqazda yeni müstəmləkəçilik modelini formlaşdırmağa çalışır.

Kölə siyasətinin davam etdirilməsi yolverilməzdir, onun bütün forma və təzahürlərinin kökünün kəsilməsi nəticədə dünyada ədalət prinsipinin bərqərar olmasına yol aça bilər. Ona görə də kifayət qədər qanlı keçmişi olan Fransa ölkəsində hökm sürən humanitar böhranı nəzərə almalıdır, etiraf etməlidir və üzr istəməlidir. İnsan haqları, demokratiya, insan haqlarının “müdafiəçisi” kimi pərdələnmiş Fransa bu ali dəyərləri əslində zədələyir. Makron rejiminin apardığı siyasət aydın şəkildə göstərir ki, bütün bu ali məfhumlar hazırkı Fransa üçün dəyər deyil, sadəcə siyasətdir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti