...

Azərbaycanda çox yüksək seçici fəallığı var - Tacikistandan olan müşahidəçi

Siyasət Materials 7 Fevral 2024 16:10 (UTC +04:00)
Azərbaycanda çox yüksək seçici fəallığı var - Tacikistandan olan müşahidəçi
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Digər ölkələrdə keçirilən Prezident seçkiləri ilə müqayisədə, Azərbaycanda çox yüksək seçici fəallığı müşahidə olunur.

Bu barədə Trend-ə MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun üzvü, Tacikistan Respublikası Milli Məclisinin Konstitusiya əsaslarının, insan hüquq və azadlıqlarının, vətəndaşların və dövlətin aliliyinin təmin edilməsi komitəsinin sədri Dilşod Rəhmon bildirib.

“Seçkilərdən öncəki iki gün ərzində biz seçkilərin təşkili ilə bilavasitə məşğul olan qurumların rəhbərliyi, Konstitusiya Məhkəməsinin, Mərkəzi Seçki Komissiyasının və prezident seçkilərində namizədləri iştirak edən partiyaların rəhbərliyi ilə görüşlər keçirdik.

Səhər saat 08:00-da məntəqələrin açılışından sonra biz bir neçə seçki məntəqəsinə baş çəkdik və digər ölkələrdə keçirilən Prezident seçkiləri ilə müqayisədə (beynəlxalq müşahidəçi kimi səkkizinci dəfədir ki, belə seçkilərdə iştirak edirəm) Azərbaycanda proses çox fəaldır.

Əvvəlcə mənə elə gəldi ki, bəzi Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da seçkilər məcburidir, amma burada hər şey yüksək hüquqi mədəniyyətdən və əhalinin maarifləndirilməsindən, vətəndaş məsuliyyətindən danışır, çünki hər kəs siyasi proseslərdə iştirak edir. Seçki prosesində gənclərin çoxluğunu xüsusilə qeyd edəcəyəm. Seçki prosesində heç bir qanun pozuntusu yoxdur”, - deyə o vurğulayıb

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti