...

Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert

Siyasət Materials 28 Mart 2024 16:16 (UTC +04:00)
Qərbdən sülhlə bağlı qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil - Türkiyəli ekspert
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanması və torpaqlarını azad etməsi regionda yeni reallığın formalaşmasına səbəb oldu. Bu reallıq əslində regionda sülh və sabitliyə gətirib çıxaracaq ədalətli vəziyyətlə üst-üstə düşür.

Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, Qarabağ qələbəsi ilə ərazi bütövlüyünü əldə edən və getdikcə regionun güclü aktoruna çevrilən Azərbaycana qarşı əli zəifləmiş Aİ və ABŞ həmişə olduğu kimi, Ermənistandan istifadə edərək regionda yeni problemlər yaratmaq istəyirlər.

"Ona görə də Azərbaycanla Ermənistan arasında sülhlə bağlı Qərbdən qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil. Çünki ABŞ və Qərb bu məsələdə hakim yox, erməni tərəfi kimi çıxış edir. Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ-nin aprelin 5-də Brüsseldə keçirəcəyi görüşə də bu kontekstdə baxmaq lazımdır. Burada məqsəd erməni tezisləri ilə bağlı Azərbaycana təzyiq etmək olacaq. Bunun bir çox əlamətləri var. Məsələn Avropa İttifaqının Ermənistanda yerləşən mülki missiyası Aİ-nin Ermənistandakı Missiyasına çevrilir. Eynilə, Aİ üzvləri Fransa və Yunanıstan da hərbi əməkdaşlığı gücləndirərək Ermənistanı silah və texnika ilə təmin etdilər. Xülasə, Qərbin məqsədi Azərbaycanla Ermənistan arasında sülhü təmin etmək deyil. Əksinə, iki ölkə arasında qarşıdurmanı artırmaqla regionda nüfuz qazanmaqdır.

Qeyri-region dövlətlərinin regiona müdaxiləsini “qırmızı xətt” adlandıran İranın susmasına gəlincə isə, İran reallıqdan və həqiqətdən uzaq ənənəvi siyasətinə uyğun olaraq hər addımda Azərbaycanın regionda yüksəlişinə qarşı mövqe sərgiləyir.

İranın qırmızı xətləri Azərbaycan və Türkiyəyə aiddir. Onun Ermənistanla bağlı bütün xətləri yaşıldır" ", - deyə M. Yüce bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti