Bakı. Trend:
26 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov
ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və
beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə
görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və
İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan
məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə,
təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və
digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin
perspektivlərindən bəhs olunub.
İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan”
tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi
məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə
arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi
bildirilib.
Tərəflər həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə
fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və
regional məsələlər müzakirə olunub.