...

Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, yeni böhtan kampaniyasıdır - Cəlil Xəlilov

Siyasət Materials 27 Yanvar 2025 14:27 (UTC +04:00)
Bu, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, yeni böhtan kampaniyasıdır - Cəlil Xəlilov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda məhkəməsi keçirilən erməni əsilli şəxslərin guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncüdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır:

“Heç kimə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni əsilli şəxslərin hamısı həm işğal dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı xalqımıza qarşı bir-birindən dəhşətli cinayətlərə yol verib, böyük vəhşiliklər törədiblər. Yəni, bu şəxslərin bəd əməlləri, axıtdığı qanlar hər kəsə bəllidir. Bu gün həmin cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi, bu cinayətlərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan bu prosesi bütün dünyanın gözləri önündə, açıq, şəffaf şəkildə həyata keçirir.

Paşinyanın məhkəmədə dindirilən şəxslərin guya psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur və duyduğu qorxur ki, çıxışlarında bu cinayətlərin bir çoxunu məhz İrəvanın – Paşinyanın göstərişi ilə elədiklərini bildirəcəklər. Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz bu prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq o, bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın erməni əsilli şəxslərlə bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqı qarşısında cinayət törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti