Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının maliyyələşdirilməsi üçün mənbələr məlum olub.
Trend xəbər verir ki, Dövlət Proqramında qeyd edilən tədbirlərin icrasının təmini üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar vəsait, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.