...

AZƏRBAYCANLA GÜRCÜSTAN ARASINDA SƏRHƏD XİDMƏTİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR

Siyasət Materials 8 İyul 2005 19:37 (UTC +04:00)

İyulun 6-7-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olmuşdur. Bu haqda Trend ə DSX-nın mətbuat xidmətindən bildirilmişdir.

Məlumatda səfərin Gürcüstan Dövlət Sərhəd Mühafizəsi departamentinin sədri, general-leytenant Badri Biçadzenin dəvəti gerçəkləşdiyi qeyd olunmuşdur.

İki günlük səfər zamanı DSX-nın rəisi Elçin Quliyev gürcü həmkarı, həmçinin bu ölkənin Təhlükəsizlik Şurasının katibi Gela Bejnaşvili ilə işgüzar görüşlər keçirmişdir.

Görüşlərdə beynəlxalq terrorizmə, qeyri-qanuni miqrasiya, qaçaqmalçılığa qarşı birgə tədbirlərin keçirilməsi, dövlət sərhəddindən keçən neft-qaz ixrac boru kəmərlərinin mühafizəsinin təşkil edilməsi, hər iki dövlətin sahil mühafizəsi qurumları arasında əlaqələrin gücləndirilməsi, Azərbaycan -Gürcüstan sərhəddində fəaliyyət göstərən buraxılış məntəqəlrinin daha səmərəli fəaliyyət göstərməsi məsələləri müzakirə edilmişdir.

Məlumatda, daha sonra, iyulun 7-də general-leytenant Elçin Quliyev, onun gürcü həmkarı Badri Biçadze və Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənovun Azərbaycan-Gürcüstan sərhədinə gələrək buraxılış məntəqəsinin iş rejimi ilə yerində tanış olduqları bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti